!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandakı fətullahçı şəbəkə Türk mediasının gündəmində – VİDEOLAR

!Reklam – Yazi

sessiz
Türkiyənin nüfuzlu telekanallarında çıxış edən Azərbaycanın araşdırmaçı-jurnalisti, “Yenicag.az” İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər qalmaqallı açıqlamaları ilə diqqət çəkib. Türkiyədə nəşr olunan yeni “Səssiz İşğal-Azərbaycanda FETÖ Örgütlənməsi” adlı kitabının tanıtımı ilə bağlı qonaq olduğu televiziya verilişlərində verdiyi açıqlamalar qardaş ölkədə ciddi rezonans yaradıb. Bu açıqlamalardan sonra Türkiyənin bir sıra nüfuzlu şəxsləri öz sosial media hesablarından Azərbaycanla bağlı narahatlıqlarını ifadə ediblər. 

NTV-də çıxışı zamanı A.Ələsgər Gülənin Azərbaycanı 25 ildə səssiz şəkildə işğal etdiyinə diqqət çəkib:

Məsələn, Ülke TV-də FETO ilə bağlı sualları cavablandıran jurnalist bildirib ki, Azərbaycanın bütün sahələrində fəaliyyət göstərən FETO-çular Azərbaycan təhsil sistemini zəbt edib. Aqil Ələsgər açıqlamasında keçmiş təhsil naziri Misir Mərdanov və indiki təhsil naziri Mikayıl Cabbarovun adlarını da çəkib.

sessiz2Aqil Ələsgər, “İndiki və bundan əvvəlki təhsil nazirlərinin vasitəsi ilə sovet dövründən olan çox düzgün və bacarıqlı şagirdlər, Heydər Əliyevlər, Əbülfəz Elçibəylər yetişdirən təhsil sistemini çökdürdülər, sadəcə FETO-çuların təhsil sistemini inkişaf etdirərək dövləti bu şəkildə onlardan asılı vəziyyətə gətirdilər. Bu mövzuda hər iki təhsil nazirimiz – bundan əvvəlki Misir Mərdanov və indiki təhsil nazirimiz məsuliyyət daşıyır. FETO-çuların səssiz işğalı Azərbaycan təhsil sistemindən başlayıb” deyə qeyd edib.

“A24.az” Aqil Ələsgərlinin qalmaqal yaradan videoçıxışını təqdim edir:

https://www.youtube.com/watch?v=DTl3J4Zbfv0

Ulusal Kanala verdiyi açıqlamada isə jurnalist ölkəmizdə bəzi nazir və deputatların Fətullah Gülənlə əlaqələrinin olduğunu bildirib:

“Azərbaycanda FETÖ araşdırması yeni başlayıb. 2007-2014-cü illər arasında olan 7 illik dövr ərzində dövlət qurumlarındakı əhəmiyyətli yerlərə bunların adamları yerləşdirilib. Məhkəmə sistemində bunların çox ciddi yerləşdirildiyini də bilirik. Hazırda Azərbaycan parlamentində 7-8 gülənçi nazir var. Bundan başqa ən azı 3-4 nazir FETÖ-çülərlə iş görür”.

Aqil Ələsgər Elnur Aslanov faktoruna da diqqət çəkib. Aslanovun vəzifədən uzaqlaşdırılsa da, kadrlarının hələ də dövlətdə vəzifə tutduqlarını bildirən A.Ələsgər qeyd edib ki, Aslanovlar üçün hədəfə gedən yolda İlham Rəhimovla Rəbiyyət Aslanovanın evlənməsi də mübah imiş.

“2000-ci ilə qədər FETO Azərbaycanda yerləşməyə başladı. 2000-ci ildən sonra FETO ilk məzunlarını verməyə, eyni şəkildə onlar dövlət içində təşkilatlanamağa başaldılar. Xüsusilə də Azərbaycanda gənclər arasında, Azərbaycanın Prezident Aparatında çox əhəmiyyətli məmur olan və 2014-cü ildən vəzifəsindən azad edilən Elnur Aslanovun təlimatı ilə Azərbaycanda dövlət kadrlarının gəncləşdirilməsi siyasətindən istifadə etdilər”.

https://www.youtube.com/watch?v=y15eSgDmAx8

Baş redaktor TGRT-dəki çıxışı zamanı isə bildirib ki, həmin şəxslərin əksəriyyəti artıq Azərbaycan dövləti tərəfindən bilinir: “Azərbaycanda problem burasındadır ki, ölkədə FETÖ-yə qarşı mübarizədə strategiyanı müəyyənləşdirəcək qurumun başında məhz FETÖ-çü durur.”

https://www.youtube.com/watch?v=DGouLzvEFhg

Akit TV-də çıxışında isə Aqil Ələsgər Gülənin ABŞ üzərindən Azərbaycanı jantaj etdiyinə diqqət çəkib.
“Azərbaycan FETO-ya qarşı hər hansı əməliyyata başlayarsa, dərhal Amerikanın yazılı mətbuatı, senatorları Azərbaycana qarşı ciddi bir mübarizəyə hazırlaşacaq. Daha sonra konqresdə Azərbaycana qarşı Amerika senatorluğunda istintaqlar başladılır və Azərbaycanın bu məsələdə qarşısı alınır” deyə qeyd edib.

https://www.youtube.com/watch?v=ePxL17euu-s

 

Qeyd edək ki, 2007-ci ildən sistemli olaraq, Gülən Şəbəkəsinə qarşı mübarizə aparan A.Ələsgərin ötən il Azərbaycan dilində “Terrorun Gülən üzü”, bu il isə Türkiyənin ən nüfuzlu yayın evlərindən olan “Kırmızı Kedi Kitap” Yayın Evi tərəfindən “Sessiz İşgal-Azerbaycan`da FETÖ Örgütlenmesi” kitabı çap olunub.

www.yenicag.az

1451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv