!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandan mühüm JEST: “Bütövlükdə türk dünyası bu prosesi dəstəkləyir”

!Reklam – Yazi

“İran rəsmilərinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı səsləndirdiyi fikirlər əlaqələrin inkişafı üçün gözəl başlanğıcıdır”.

Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Natiq Miri deyib.

O, İranda səfirliyimizin açılmasından sonra Tehran administrasiyasının region ölkələri, habelə Azərbaycanla münasibətlərində yaranan yeni başlanğıclara toxunub.

“İlk növbədə, İranda 1925-ci ildən sonra ilk dəfə bir Azərbaycan türkü prezident kimi bu dövlətin başına gətirildi. Səfirliyin açılması Azərbaycan tərəfindən bir jest idi. Çünki bunu sonralar müəyyən zamana daşımaq və sonra açmaq kimi imkanlar var idi. Ancaq Azərbaycan bunu indi edərək, türk olan Məsud Pezeşkiana öz jestini göstərdi. İranın sözügedən addımı atması və səfirliyin açılması gözəl başlanğıcdır”, – deyə o, əlavə edib.

Onun sözlərinə görə, paralel olaraq, İranda güc mərkəzləri hakimiyyətdə monolit deyil:

“İranda fərqli güc mərkəzləri var ki, onlar fərqli maraqlara xidmət edirlər. Bunlar içərisində bir tərəfdə İranın ali dini lideri Seyid Əli Xamneyi və onun aparatı – mollalar, ruhanilərdirsə, ikincisi, SEPAH-dır. Bu gün ölkədə idarəetməni təmin edən onlardır və bütün ciddi təyinatlar hətta əyalətlərdə belə SEPAH tərəfindən həyata keçirilir ki, bu da onun fəaliyyətinə aid deyil”.

N. Miriyə görə, indiki vəziyyətdə Azərbaycana münasibət, əlbəttə ki, birmənalı deyil:

“Lakin bütün bunlara baxmayaraq, Məsud Pezeşkian seçkilər prosesi dövründə Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması və ən yüksək səviyyəyə çatıdırılmasının İran dövlətinin maraqlarına uyğun olduğunu bəyan etdi. Düşünürəm ki, o, bu yöndə addımlar atmağa davam edəcək. Çünki bu məsələni İranın böyük əksəriyyəti – xalq dəstəkləyir. Bundan istifadə edərək Məsud Pezeşkian əlaqələri və prosesi daha da irəliyə daşımaq istəyəcək ki, Azərbaycan da bunu üçün açıqdır. Bütövlükdə isə türk dünyası sözügedən prosesi dəstəkləyir.

Hesab edirəm ki, bu açıqlamalar daha yüksək nəticələrə və yaxınlaşan əlaqələrə aparacaq. Məncə, maneələr olduqca, buna əngəl olan qüvvələr özünü bu prosesin içərisində xalqa ifşa edəcəklər. Ona görə də bu yöndə Pezeşkianın əli güclüdür”.

Rafi Müslümov

COP29

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv