!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandan Suriya ilə Gürcüstan arasındakı qalmaqala reaksiya

!Reklam – Yazi

Azərbaycan Respublikası Gürcüstanın BMT-yə üzv olarkən beynəlxalq səviyyədə qəbul olunmuş sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır.

Yenicag.az xəbər verir ki, bu sözləri Suriya hökuməti tərəfindən Abxaziya və Cənubi Osetiyanın müstəqil dövlət kimi tanınmasını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu, Azərbaycanın prinsipial mövqeyidir.

“Azərbaycan Gürcüstanın iştirakı ilə regionda bir çox geostrateji layihələr həyata keçirir. Azərbaycan qazını Avropa bazarına daşıyan Cənub Qaz dəhlizi bu qəbildən olan layihələrdən biridir. Bu kimi layihələr Azərbaycanla bərabər, Gürcüstanın da maraqlarına tam cavab verir və onun inkişafına xidmət edir”, – deyə H. Hacıyev söyləyib.

COP29

www.yenicag.az

1546
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv