Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların rəqibləri müəyyənləşdi

media-hightechnic-468x90

Voleybol üzrə Çempionlar Liqası, “CEV kuboku” və “Challenge Cup” yarışlarının püşkatma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Lüksemburqda təşkil edilən tədbirdə Azərbaycanın avrokuboklarda iştirak edəcək klublarının da rəqibləri bəlli olub.

Qadınlar arasında “Challenge Cup”da yarışacaq “Azərreyl”in ilk rəqibi Ukraynanın “Balta” klubu olub. Son ölkə çempionu 1/32 final mərhələsindən mübarizəyə başlayacaq. Cütün ilk oyunu 10-12 oktyabr, ikinci matç isə 17-19 oktyabr tarixlərində keçiriləcək.
Avrokuboklarda debüt edəcək kişilərdən ibarət “Xarıbülbül” klubunun rəqibi isə Slovakiya “Spartak”ı (Miyava) olub. Şuşa təmsilçisi mübarizəyə 1/32 finalda start verəcək. Komandaların birinci oyunu 24-26 oktyabr, cavab görüşü isə 31 oktyabr-2 noyabr tarixlərində keçiriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa