Azərbaycanı həqiqi sevənlər – FOTOLAR

Ötən gecə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Norveç – Azərbaycan matçında millimiz dəstəksiz qalmayıb.

Yenicag.Az xəbər verir ki, yığmamızı tribunadan dəstəkləyən azsaylı azarkeşlər arasında Güney Azərbaycandan olan soydaşlarımız da yer alıb.

Müxtəlif bəhanələrlə ölkədən qaçan bəzi mühacirlərdən fərqli olaraq, güneylilər Azərbaycan lehinə şüarlar səsləndirib, pankart açıblar.

Qeyd edək ki, qarşılaşma Norveçin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Yenicag.Az