Azərbaycanın 15 qat gəlirini "yandıran" pambıq SİRRİ: Sapı özümüzdən olan balta - VİDEO

media-hightechnic-468x90

Cari ilin yanvar-oktyabr dövründə Azərbaycanda istehsal olunan pambıq mahlıcının həcmi 55,96 min tona çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,7 faiz artıb. Pambıq məhsulunun istehsalının yüksəlməsi, eyni zamanda, Azərbaycanın ümumi ixrac göstəricilərinə də müsbət təsir edir.

Lakin ölkə xarici bazara əsasən xammal şəklində pambıq ixrac edir. Geyim və toxuculuq sənayesi məhsullarının ixracında isə gözəçarpacaq irəliləyiş müşahidə olunmur.

İqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib ki, pambıqçılığın əlavə dəyər zəncirinə ehtiyacı var.

Natiq Cəfərli

Onun sözlərinə görə, yalnız pambığın əkilib becərilməsi deyil, həm də onun emal olunaraq hazır məhsula çevrilməsi üçün ciddi addımlar atılmalıdır.

İqtisadçı bildirib ki, pambığın öz qiyməti ilə emal olunaraq hazırlanan məhsulun qiyməti arasında ciddi fərq mövcuddur.

“Pambığın qiyməti ilə onun emal olunaraq hazırlanan məhsulun qiyməti arasındakı fərq təxminən 15 dəfədir. Bunun üçün dövlət dəstəyinə ehtiyac var ki, sözügedən sahə iş adamları və investorlar üçün maraqlı olsun,” – deyə o qeyd edib.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa