Azərbaycanın 4 boksçusu Avropa birinciliyinə qələbə ilə başladı

media-hightechnic-468x90

Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürüb.

media-banner_tuq

Federasiyadan Yenicag.az saytına verilən məlumata görə, 32 ölkədən 378 (260 oğlan, 118 qız) idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqdən qalib ayrılıb.

 

48 kq çəkidə Zidan Hümbətov Nikolos Şarabidze (Gürcüstan) ilə üz-üzə gəlib və rəqibini 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda yunanıstanlı Angelos Karaitislə münasibətinə aydınlıq gətirəcək. Döyüş iyulun 25-də olacaq.

Sübhan Babayevin (50 kq) də Avropa birinciliyində debütü uğurlu alınıb. O, Ahmet Yılmaz (Türkiyə) üzərində 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Boksçumuz iyulun 22-də 1/8 finalda Maksim Çekini (Ukrayna) sınağa çəkəcək.

Orucəli Cavadzadə (57 kq) Ognjen Antiçi (Serbiya) mübarizədən kənarlaşdırıb. Rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən idmançı 1/8 finalda Adam Maka (İngiltərə) ilə görüşəcək. Döyüş iyulun 24-də olacaq.

Cəmilə Sultanlı (48 kq) da ilk duelindən qalib ayrılıb. O, Melissa Talpasdan (Macarıstan) üstün olub – 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). Təmsilçimiz 1/4 finalda ukraynalı Yuliana Ovsepyanla qarşılaşacaq. Görüş iyulun 25-də baş tutacaq.

Onlardan fərqli, Bilalhəbəşi Nəzərov (46 kq), Eldar Abdullazadə (52 kq) və Əli Məmişov (70 kq) yarışla vidalaşıb.

Qeyd edək ki, Avropa birinciliyində final qarşılaşmaları iyulun 30-da olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05