!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın bu ərazilərinə qar yağır

!Reklam – Yazi

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Yenicag.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 14:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 30 m/s-yə çatır.

 

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4.5 metrdir. Bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunur. Qərb küləyi Zaqatala rayonun yüksək dağlıq ərazilərində 34 m/s-dək güclənib, Naftalanda 18 m/s, Şahdağda 17 m/s-dir.

 

Gəncə, Goranboy, Altıağac, Bərdə, Qobustan, Tərtər, Quba, Şabranda külək zəifləyib. Zaqatala, Qax, Şəkidə arabir yağış, Şahdağda və Zaqatala rayonunun yüksək dağlıq ərazilərinə arabir qar yağıb. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək.

 

 

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv