!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın bu şərtləri qəbul edildi: “Münasibətlər çox yüksək səviyyəyə qalxacaq”

!Reklam – Yazi

“Azərbaycan-İran münasibətləri çox yüksək səviyyəyə qalxacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında İranda Azərbaycan səfirliyinin işini bərpa etməsini şərh edən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadə bildirib ki, Rəisinin vaxtında Azərbaycanın şərtləri qəbul edilmişdi.

“Əvvəlcədən Azərbaycan bəyan etmişdi ki, əgər İran Tehrandakı səfirliyimizə qarşı törədilən terrorun istintaqını düzgün aparsa, hadisəni törədən şəxsə qarşı ağır cəza versə, səfirliyin işinin bərpası mümkün olacaq. Bundan əlavə, gələcəkdə Azərbaycanın İrandakı səfirlik və konsulluqlarının təhlükəsizliyi təmin edilməlidir”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, İranın mərhum prezidenti Rəisinin vaxtında Azərbaycanın şərtləri qəbul edilmişdi:

“Səfirliyin açılmasında texniki məsələlər qalmışdı.

İranda prezident seçkiləri oldu. Pezeşkian İran prezidenti seçildi. O, seçilər- seçilməz Azərbaycanla münasibətlərin normallaşması üçün bəyanat verdi. Azərbaycan prezidenti də onu təbrik etdi və Azərbaycana səfərə dəvət etdi.

İran monolit dövlət deyil. Orada idarəçiliyin mürəkkəb sistemi var. Azərbaycan İranla münasibətlərin normallaşmasında maraqlıdır. Böyük ehtimalla Azərbaycan- İran münasibətləri çox yüksək səviyyəyə qalxacaq”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv