Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa üçüncüsü oldu

media-hightechnic-468x90

Azərbaycan ağırlıqqaldıranı Yunis Bayramov Moldovanın paytaxtı Kişineuda keçirilən yeniyetmələr arasında Avropa çempionatında gümüş medal qazanıb.

Ağır Atletika Federasiyasında Yenicag.az-a məlumata görə, yaşı 15-ə qədər olan oğlanlar arasında 67 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 99 kq-ı ram edib və bu hərəkətdə yarışın bürünc mükafatçısı olub.

Təkanla qaldırmada 112 kq-ın öhdəsindən gələn atlet həm bu hərəkətdə, həm də yekun sıralamada 211 kq (99+112) nəticə ilə 4-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Turan Əliyev (67 kq) yaşı 17-yə qədər olan oğlanlar arasında Avropa üçüncüsü olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600