Azərbaycanın daha bir cüdoçusu dünya çempionu oldu

media-hightechnic-468x90

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.

Yenicag.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda kanadalı Şadi Elnahasa qalib gəlib.

Qeyd edək ki, mundial mayın 24-də başa çatacaq. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa