Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 64 968,42 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
Yenicag.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 747,57 min dollar və yaxud 57,61% çoxdur.
Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 380 154,32 min. kVt/saat elektrik enerjisi satılıb. Bu da 2017-cı ilin 11 ayına nisbətən 444 748,31 min. kVt/saat və yaxud 47,55% çoxdur.
Qeyd edilən dövrdə ixrac edilən elektrik enerjisinin hər kVt/saatı 0,047 dollar yaxud 0,0799 (AMB-nin rəsmi məzənnəsinə görə 1 ABŞ dolları 1,7 Azərbaycan manatına bərabərdir) manat olub.
Yanvar-noyabr aylarında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,42%-ni təşkil edib.
Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.