Azərbaycanın iki güləş hakiminin kateqoriyası yüksəldi

media-hightechnic-468x90

Azərbaycanın iki güləş hakiminin kateqoriyası yüksəlib.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, bunlar Bəşir İsazadə və Həbib Nuruludur.

Onlar buna iyunun 12-18-də Albaniyanın paytaxtı Tiranada təşkil olunan U-17 Avropa çempionatında nəzəri və praktiki təlimlərdə etimadı doğrultduqları və görüşləri yüksək səviyyədə idarə etdikləri üçün layiq görülüblər.
Gənc referilər I kateqoriyaya yiyələniblər. Bununla da bu kateqoriyaya sahib olan Azərbaycan təmsilçilərinin sayı 8-ə çatıb.

Qeyd edək ki, güləşdə beynəlxalq dərəcəli hakimlik 4 kateqoriyadan (I-S, I, II, III) ibarətdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600