Azərbaycanın iki güləşçisi dünya çempionu oldu

media-hightechnic-468x90

Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

media-banner_tkm

Güləş Federasiyasından Yenicag.az-a verilən məlumatına görə, 45 kiloqramda Turan Daşdəmirov və 60 kiloqramda Roman Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daşdəmirov finalda rusiyalı Rüstəm Abatsiyevə xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub. Kərimov isə həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeni məğlub edib.
92 kiloqramda mübarizə aparan Mikayıl İsmayılov isə bürünc medal uğrunda qarşılaşmada iranlı Əliəkbər Aşgarivaladidən güclü olub – 3:1.

Daha əvvəl yunan-Roma güləşçilərindən Yusif Əhmədli (65 kiloqram) mundialı gümüş medalla başa vurub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05