!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın iqtisadi potensialı neftin ucuzlaşmasının təsirlərinə davam gətirməyə imkan verir” – Elşad Məmmədov

!Reklam – Yazi

“Neftin ucuzlaşması ilin sonuna qədər Azərbaycan büdcəsinə təsir göstərməyəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dünya bazarında neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına və manatın sabitliyinə mümkün təsirini dəyərləndirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Elşad Məmmədovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının potensialı və ölkənin valyuta ehtiyatlarının həcmi neftin kəskin ucuzlaşmasının təsirlərinə davam gətirməyə imkan verir:

“Burada əsas məsələ neftin qiymətində ucuzlaşmanın hansı müddətə qədər davam etməsidir. Əgər bu tendensiya qısa müddətli olarsa, o halda ölkə iqtisadiyyatına ciddi təsir etməyəcək.

Yaxın günlərdə neftin qiymətinin təqribən 40 dollar həddinə qayıdacağını müşahidə edə bilərik. Digər tərəfdən, nəzərə alaq ki, Neft Fondunun ötənilki büdcəsi artıqlaması ilə icra olunub və həmin nəticənin bu il də təkrarlanacağı gözlənilir.

O baxımdan, neftin ucuzlaşmasının ilin sonuna qədər Azərbaycan büdcəsinə təsir göstərməyəcəyini söyləyə bilərik. Eyni zamanda, valyuta bazarında da dolların manata nisbətən bahalaşması üçün fundamental əsas yoxdur”.

Gülşən Şərif

www.yenicag.az

806
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv