Azərbaycanın İranla ticarət dövriyyəsi 2 % artıb

media-hightechnic-468x90

Bu ilin yanvar ayında Azərbaycan və İran arasında ticarət dövriyyəsinin dəyəri 57 milyon 132 min ABŞ dolları təşkil edib.

media-banner_tuq

Yenicag.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Hesabat dövründə İranla ticarət ümumi dövriyyənin 1,6 %-i qədər olub.

İl ərzində Azərbaycanın İrana ixracının dəyəri 57 % artaraq 960 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 1,5 % artaraq 56 milyon 172 min ABŞ dolları olub.

Ay ərzində İrana ixrac ümumi ixracın 0,04 %-ni, İrandan idxal isə ümumi idxalın 4,3 %-ni təşkil edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05