Azərbaycanın İsraildəki səfiri sığınacaqdadır

media-hightechnic-468x90

“Mən fərq qoymadan raket hücumlarını və dinc əhaliyə qarşı terror hücumlarını pisləyirəm”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Minlərlə İsrail vətəndaşı kimi mən və ailəm saatlarla sığınacaqda qalmalıyıq. Fərq qoymadan raket hücumlarını və dinc əhaliyə qarşı terroru pisləyirəm. Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması, terrorçular tərəfindən onların pis rəftara, zorakılığa məruz qoyulması məni dəhşətə gətirir.

Bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var”, – səfir sosial şəbəkə hesabına yazıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa