!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən YENİ FİLM

!Reklam – Yazi

Ermənistanda dövlət səviyyəsində faşistlərin qəhrəmanlaşdırılmasına dair Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən qısa film hazırlanıb.

Yenicag.az xəbər verir ki, filmdə 1942-ci ildə nasist Almaniyası ordusunun tərkibində erməni generalları Qaregin Njde və Drastamat Kanayanın rəhbərlik etdiyi Erməni Legionunun yaradıldığı, bu legionun Krım, Polşa, Qafqaz və Fransa cəbhələrində xidmət etdiyi, eləcə də yəhudilərin nasistlər tərəfindən əsir düşərgələrinə göndərilməsində iştirak etdiyi qeyd olunur.

Bundan başqa, bu gün nasistlərə xidmət etmiş həmin şəxslərin Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığı vurğulanır. Bildirilir ki, 2016-cı ildə Yerevanda faşist cəlladı Q.Njdenin heykəli ucaldılmış və Ermənistan prezidenti və digər rəsmi şəxslər həmin açılışa qatılmışdılar. Filmdə həmçinin Yerevanda meydan və metro stansiyasının Q.Njdenin şərəfinə adlandırıldığı və dövlət tərəfindən ona həsr olunmuş filmlərin də çəkildiyi deyilir. Q.Njdenin faşizmdən və irqçi “Ari” ideologiyasından qaynaqlanan və “erməni ali irqi”nin təbliğini aparan Tseqakronizm adlı irqçi təlim yaratdığı qeyd olunur.

Filmdə Ermənistan Müdafiə Nazirliyinin nasistlərə xidmət etmiş D.Kanayanın adına Milli Strateji Araşdırmalar İnstitutu yaratdığı, eləcə də hərbi təlimdə fərqlənməyə görə Kanayan Medalı təsis etdiyi vuğulanır. Həm Q.Njdenin, həm də D.Kanayanın radikal Erməni İnqilabi Federasiyasının (Daşnaksutyun) liderlərindən olduğu bildirilir.

Filmdə ABŞ-ın nüfuzlu Anti Defamasiya Liqasının araşdırmasına istinad edilərək, Ermənistanın antisemitizmin səviyyəsinə görə 58% göstərici ilə Avropada ikinci yeri tutduğu göstərilir.

ABŞ konqresmenləri Emanuel Celler və Frank Hook-un 1945-ci ildə Konqresə təqdim etikləri, Q.Njdenin və D.Kanayanın nasistlərlə əməkdaşlıq etməsi, habelə erməni daşnaklarının Hitleri və Holokostu dəstəklədiklərini bildirən sənədlər filmdə nümayiş etdirilir.

Filmdə radikal və iqrçi daşnakların ABŞ-da hələ də aktiv olduqları, onların qanadı olan Amerika Erməniləri Milli Komitəsinin (ANCA) bu gün ABŞ Konqresində əsas erməni lobbi təşkilatı kimi fəaliyyət göstərdiyi qeyd olunur və bəzi qatı ermənipərəst ABŞ senatorları və konqresmenlərinin ANCA ilə əlaqələrini göstərən video və fotolar təqdim olunur.

Faşizm üzərində qələbənin 75 illiyinin qeyd olunduğu günlərdə sosial şəbəkələrdə geniş şəkildə yayılmış, yalnız Facebook-da 240 minədək baxış toplamış film ABŞdakı erməni lobbisi tərəfindən etirazla qarşılanıb.

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv