Azərbaycanın Milli Qəhrəmanının anası dünyasını dəyişdi

media-hightechnic-468x90

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) anası Məhluqə Məhərrəmova vəfat edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, o, bu gün gecə saatlarında 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Fred Asif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında, öz batalyonu ilə iştirak edib. Asif 1992-ci il 7 mart 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilib. 10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edilib. Həmin ilin mart ayının 20-də Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyub.

O, 1994-cü ildə vərəmdən vəfat edib. Bakıda İkinci Şəhidlər xiyabanında dəfn edilib. Asif Məhərrəmova “Fred” ləqəbini 1970-ci illərdə onun yoldaşları Ağdamın “Dostluq” kinoteatrında nümayiş olunan Danimarkanın “Birinci vur, Fred” filminin əsas qəhrəmanının şərəfinə görə veriblər.

7 dekabr 1992-ci il ildə Məhərrəmov Asif Yusif oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsə də, o, bu addan imtina edib. Yalnız 1998-ci ildə, Asifin ölümündən dörd il sonra ümummilli lider Heydər Əliyev onun qəhrəman adını yenidən bərpa edib və vəsiqəsi ilə qəhrəman ulduzunu anasına təqdim edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05