Azərbaycanın qadınlardan ibarət güləş millisi AÇ-də 3-cü yerə çıxdı

media-hightechnic-468x90

Bakıda keçirilən güləş U-23 Avropa çempionatında qadın güləşi üzrə Azərbaycan millisi üçüncü yerə çıxıb.

Yenicag.az xəbər verir ki, millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixinin ən yüksək nəticəsinə imza atıb.

1 dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal qazanan yığmamız 76 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionatında üçüncü yeri tutub. Ukrayna (168) birinci, Türkiyə (118) isə ikinci olub.

Qeyd edək ki, komandamızın tərkibində Jalə Əliyeva (57 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionatının qızl medalına sahib çıxıb. Elnurə Məmmədova (53 kq) gümüş Ruzanna Məmmədova (59 kq) isə bürünc medal qazanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600