!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın qarşıdakı HƏDƏFLƏRİ: “Dövlətimiz uğurlarını və nailiyyətlərini davam etdirir”

!Reklam – Yazi

“O dövrdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu proseslərə, ölkənin məhvinə, tam uçuruma yuvarlanmasına mane olundu”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan özünün müstəqillik tarixinin ən önəmli günləri və tarixlərindən birini qeyd edir.

“18 oktyabr Azərbaycan tarixində əlamətdar günlərdən biridir. Ölkəmizdə hər il yüksək səviyyədə qeyd olunur. Ötən dövrdə parlamentdə qəbul edilmiş qərarlara əsasən, bu gün müstəqilliyin bərpası günü kimi qeyd olunur. Azərbaycan həqiqi müstəqilliyinə cənab prezidentin dövründə nail ola bildi. Azərbaycan tam müstəqilliyə tam qovuşa bildi. 1990-cı illərdə biz müstəqil olunmağa çalışsaq da, torpaqlarımızın işğalı Azərbaycanı yeni faciələrlə üz-üzə qoydu. O dövrdə Ümumillilider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu proseslərə, ölkənin məhvinə, tam uçuruma yuvarlanmasına mane olundu. Azərbaycan yeni bir mərhələyə daxil oldu”, – deyə o əlavə edib.

Deputat qeyd edib ki, bu gün ölkəmiz gənc və müstəqil olmasına baxmayaraq, çox böyük uğurlara imza atıb:

“Bu gün ölkəmizin uğurları kifayət qədər yüksəkdir. Azərbaycan bu uğurlara məhz iki rəhbərin həyata keçirdiyi qətiyyətli və prinsipial siyasət nəticəsində nail olub. Bu gün Azərbaycan bu uğurları və nailiyyətlərini davam etdirir. Qarşıda isə çox böyük hədəflər və missiyalar var. Biz əminik ki, Azərbaycan bu məqsədə və hədəfə heç şübhəsiz cənab Prezidentin rəhbərliyi ilə nail ola biləcək”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

367
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv