Azərbaycanın xalis maliyyə aktivləri 1.2 milyard dollar artıb

media-hightechnic-468x90

2025-ci ilin I rübü üzrə Azərbaycanın xalis maliyyə aktivləri 1.2 milyard ABŞ dolları artıb.

Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (-144.1 milyon ABŞ dolları), portfel investisiyaları (629.2 milyon ABŞ dolları) və digər investisiyalar (694.5 milyon ABŞ dolları) hesabına formalaşıb.

Qeyd edilib ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 45.1 milyon ABŞ dolları azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-239.6 milyon ABŞ dolları), neft bonusu (450.2 milyon ABŞ dolları), portfel investisiyaları (-4.7 milyon ABŞ dolları) və digər investisiyalar (-251 milyon ABŞ dolları) hesabına formalaşıb./apa

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600