Azərbaycanın XİN rəhbəri Brüsselə gedəcək

media-hightechnic-468x90

Cari ilin dekabr ayının 12-də Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək. 

Yenicag.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Cozep Borel bildirib.

Avropa İttifaqının ali nümayəndəsinin sədrliyi ilə keçiriləcək sessiyada beş Şərq Tərəfdaşlığının (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri iştirak edəcək.

İclasda Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı məsələlər, eləcə də Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda təhlükəsizlik çağırışları və onların bütün region üçün nəticələri müzakirə olunacaq.

İştirakçılar iqtisadi və investisiya proqramlarını da müzakirə edəcəklər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600