Azərbaycanla Mərakeş arasında mühüm sənəd TƏSDİQLƏNDİ

media-hightechnic-468x90

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb.

Fərmana əsasən, cari ilin fevralın 16-da Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” rəsmən təsdiqini tapıb.

Sənəd qüvvəyə mindikdən sonra Elm və Təhsil Nazirliyi onun müddəalarının icrasını birbaşa təmin etməli, Xarici İşlər Nazirliyi isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlandığı barədə Mərakeş tərəfinə rəsmi bildiriş göndərməlidir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05