Azərbaycanla oyun ərəfəsində Belçika yığması daha bir itki ilə üzləşdi

media-hightechnic-468x90

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə qarışlaşacaq Belçika yığması daha bir itki ilə üzləşib.

Yenicag.az-ın yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Amadu Onanadan sonra qapıçı Arnaud Bodartın da tsiklin son matçını buraxacağı dəqiqləşib.

Həftəboyu düşərgədə olmasına baxmayaraq, səhhətində problem yaşayan 25 yaşlı qolkiper heyətdən kənarlaşdırılıb. Daha əvvəl isə əsas qapıçı Tibo Kurtua zədə ucbatından milliyə çağırılmamışdı.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq./report

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600