Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Azərbaycanlı aktyor beynəlxalq festivalda mükafata layiq görülüb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti Rusiyanın İvanov vilayətinin Kineşma şəhərində keçirilən “Hərarətli ürək” (“Горячее сердце”) klassik rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında iştirak edir.

Yeniçağ.Az AzərTac-a istinadən xəbər verir ki, festivalda iştirak edən Azərbaycan və Kalmıkiyanın Əməkdar Artisti Şövqi Hüseynovun ifa etdiyi əsas rol N.V.Qoqolun “Dəlinin qeydləri” mono- tamaşası aprelin 22-də A.N.Ostrovski adına Kineşma Dram Teatrının səhnəsində nümayiş olunub.

Festival tarixində ilk dəfə olaraq Gənc Tamaşaçılar Teatrı xarici ölkə teatrı kimi öz ana dilində səhnədə çıxış edib. Yenilik festivalın beynəlxalq münsiflər heyəti, iştirakçı teatrlar və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Ş.Hüseynov festivalın “Ən yaxşı kişi ifaçısı” nominasiyasına layiq görülüb.

Yeniçağ.Az

www.yenicag.az

511