Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Azərbaycanlı aparıcı Türkiyədə xəstəxanaya yerləşdirildi: “Vəziyyəti ağırdır” – AÇIQLAMA/FOTO

Tanınmış prodüser və aparıcı Sayqa Cahidin səhhəti ağırlaşıb. O, İstanbulda xəstəxanaya yerləşdirilib.

Bu barədə Sayqanın həmkarı tanınmış aparıcı Fira Cəliova Yenicag.az-a açıqlamasında deyib.

O, Sayqanın səhhətinin ağır olduğunu bildirib:

“Sayqa ağır vəziyyətdə İstanbulda xəstəxanaya yerləşdirilib. O ay yarım əvvəl Bakıda böyrək əməliyyatı keçirib. Böyrəyində daş var idi. Əməliyyat uğursuz keçib. Əməliyyat bitdikdən sonra ona stend qoyulub. Stendi çıxarandan sonra davamlı şəkildə qızdırması olub. Sayqa hər gün kritik vəziyyətdə xəstəxanaya aparılıb-gətirilib. Axırda məcbur olaraq İstanbula gətirməli olublar. Həkimlər təcili konsilium ediblər, vəziyyətinin çox ağır olduğunu deyiblər. Qırmızı qan hüceyrələri həddən artıq düşüb. Hətta həkimlər onun sağ qaldığına məəttəl qalıb. Addım belə ata bilmir. Həkimlər onu kritik vəziyyətdən çıxarmağa çalışır. Əməliyyat zamanı infeksiya düşdüyü üçün böyrəyi şişib. Bədəndə olan infeksiya yüksəlib. Həkimlər onu kritik vəziyyətdən çıxara bilsələr, yenidən əməliyyat edəcəklər”.

Cəvahir

www.yenicag.az

1420
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100