Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi

media-hightechnic-468x90

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turnirində 1/4 final döyüşlərinə start verilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Azərbaycan millisinin iki idmançısı bu mərhələni də qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.

50 kq-da Bilalhəbaşi Nəzərov Rudolf Qarboyanla (Ermənistan) qarşılaşıb. Boksçu böyüklər arasında ilk beynəlxalq yarışında erməni Avropa çempionunu 4:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.

Nəzərov yarımfinalda Siyovuş Muxammadiyevlə (Ukrayna) döyüşəcək.

Malik Həsənov (65 kq) da növbəti qələbəsini qazanıb. O, Yertuqan Zeynulinova (Qazaxıstan) 5:0 hesabı ilə qalib gəlib. Həsənov finala vəsiqə uğrunda Yuri Falkao (Braziliya) ilə üz-üzə gələcək.

Hər iki boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, “Strandja”da yarımfinal görüşləri fevralın 28-də keçiriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05