!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı “erməni soyqrımı” qətnaməsinin təşəbbüskarını məhkəməyə verəcək

!Reklam – Yazi

10710672_771043329618823_1907305137200586679_nDünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun rəhbəri, Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev Alman Parlamentində (Bundestag) qəbul edilən qondarma “erməni soyqrımı” qətnaməsinin təşəbbüskarı olan Yaşıllar Partiyasının həmsədri Cem Özdemiri məhkəməyə verəcək.

Dünya Azərbaycanlıları Assambleyasından verilən məlumata görə, R. Quliyev Almaniyada fəaliyyət göstərən bir sıra hüquq mərkəzləri ilə məsləhətləşmə apardıqdan sonra C. Özdemiri məhkəməyə verməyə qərar verib.

R. Quliyev bildirib ki, C. Özdemir Alman cəmiyyətinə yalan məlumat verdiyi, digər dövlətin daxili işlərinə qarışaraq milli zəmində münaqişə yaratmaq istədiyi, tarixi təhrif edib erməni yalanını “soyqrım” olaraq qəbul etdirdiyi, terroru müdafiə etdiyi üçün qanun qarşısında cavab verməlidir. C. Özdəmirdən üzr istəməsi, 5 avro təzminat ödəməsi tələb olunacaq.

COP29

www.yenicag.az

729
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv