Azərbaycanlı hakim ölkə tarixində ilkə imza atdı

media-hightechnic-468x90

Azərbaycan Atletika Federasiyasının (AAF) nümayəndəsi Teymur Axundov ölkə tarixində ilkə imza atıb.

AAF-dan Yenicag.az-a verilən məlumata görə, o, Dünya Atletikasının hakimlər üçün nəzərdə tutulmuş imtahanında yüksək nəticə əldə edib.

T.Axundov imtahan göstəricilərinə əsasən, Dünya Atletikasının gümüş dərəcəli hakimi seçilib. Federasiya rəsmisi Azərbaycan atletikası tarixində bu ada layiq görülən ilk hakim olub.

Qeyd edək ki, Teymur Axundov bu ilin yanvarında bürünc dərəcəli hakim adını almışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa