Azərbaycanlı hakimlər FIBA-nın beynəlxalq inkişaf proqramında iştirak edirlər

media-hightechnic-468x90

Azərbaycanlı referiler Avstriyanın paytaxtı Vyanada FIBA tərəfindən təşkil olunan “Potensial Milli Hakimlər” inkişaf proqramına qatılıblar.

Yenicag.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasının (ABL) oyunlarına təyinat alan Salman Əliyev və Fəxrəddin Mahmudov tədbirdə iştirak edənlər arasındadır.

Gənc hakimlər inkişaf proqramı çərçivəsində bir neçə beynəlxalq oyunlarda idarəçilik ediblər.

Qeyd edək ki, aprelin 19-dək davam edəcək inkişaf proqramının keçirilməsində əsas məqsəd, potensiallı hakimlərin beynəlxalq səviyyədə təcrübə qazanması və onların gələcəkdə FIBA-nın bayrağı altında təşkil olunacaq turnirlərdə hakimlik etmələridir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600