Bu yaxınlarda İran alimi Ayətullah üzma Həmədani Cənab Şeyxin dəvəti ilə Azərbaycana qonaq gəldi. Şeyx Allahşükür Paşazadə müstəqllik dövründən sonra Azərbaycana ilk müctəhidin ölkəyə gəlişini vurğulasa da, qeyd edim ki, ilk dəfə Azərbaycana Ayətullah Behbudi və sonra Ayətullah üzma Seyyid Musəvi Ərədəbi (İran islam Respublikasının keçmiş prokuroru) gəlmişdir.
Vətən insanın doğma öz evidir. Evi saxladığın kimi Vətəni elə saxlamalısan. Evə qonaq gəldiyi kimi Vətənə də qonaq gəlir. Lakin qonaq iki növdür. Xoş niyyətli və bəd niyyətli. Sizə təqdim etdiyim videogörüntüyə baxdıqca qonağın xoş niyyətli deyil ,bəd niyyətli olduğu müşahidə edəcəksiniz. Bu yaxınlarda həbsxanadan çıxmış Tale Bağırzadə cənab Həmədaniyə “ölkədə islamçıları həbs edirlər” deyə şikayət edir. Ocaq Nəjat dərhal onun sözünü kəsir və: “o sözləri biz ona demişik” deyir.
Videogörüntünün 0:28 dəqiqəsində bunun şahidi ola bilərsiniz.
Cənab Ocaq Nəjad nə danışmısınız???!
Siz kim olursunuz ki,bizim ölkənin daxili işini müzakirə obyektinə çevirirsiniz?
Siz İranın ali dini rəhbəri olan Xaməneyi cənablarının nümayəndəsisiniz. Siz İranın bu ölkədə səfiri deyilsiniz. Sizin bu ölkə haqqında fikir yürütməyə haqqınız yoxdur.
Həmədan Azərbaycanın ən qədim şəhərlərindədndir. Ayətullah Həmədani də oralıdır. Azərbaycan əsllli sayılan bu alim görsən nədən doğma dili olan türk dilində danışmayıb? Görəsən Ayətullah türk dilini bilmir,yoxsa danışmamağında ayrı səbəblər var? Hər halda…..
Ayıq olun dostlar. Bu ölkənin inkişafından narahat olan qüvvələr yenidən gizlicə yuvalarından çıxmağa davam ediblər. Həyəcan təbilini səsləndirin ….
Rashad Mammadov
(Fəlsəfə doktoru)
P.S. Yazıdakı fikirlər müəllifə məxsusdur.
www.yenicag.az