Azərbaycanlı İŞİD-çi qadınlar

media-hightechnic-468x90

15824Son vaxtlar İŞİD terror təşkilatına axın edən soydaşlarımızın arasında qadınların sayı nəzərəçarpacaq dərəcədə artıb.

Mənbənin sözlərinə görə, Azərbaycandan İŞİD terror təşkilatına qoşulan qadınlar buna öz inancları səbəbi ilə daxil olur və daha çox aşbaz, camaşırxana işçisi kimi fəaliyyət göstərirlər:
“Terror təşkilatına qoşulan azərbaycanlı qadınlar bu addımı əsasən öz dini inancları, çox zaman isə öz ataları, həyat yoldaşları, yaxud qardaşlarının xeyir-duası ilə atır və İŞİD-in apardığı mübarizədə hər hansı formada iştirak etməyin onlara çox böyük savab qazandıracağını düşünürlər. Azərbaycanlı qadınlar daha çox aşbazlıqla məşğul olur və ya camaşırxana xidmətində çalışırlar. Son günlər İŞİD döyüşçülərinin gündəlik tələbatını qarşılayan məlum kateqoriya arasında azərbaycanlı qadınların sayı əhəmiyyətli dərəcədə artmaqdadır”.

Mənbənin sözlərinə görə, Suriya və İraqdakı İŞİD dəstələrinə qoşulan azərbaycanlı qadınların önəmli bir qismi Sumqayıt şəhərindəndir.
Məlumat üçün qeyd edək ki, Sumqayıt şəhəri bundan öncə də İslamın müxtəlif cərəyanlarına bağlı dini qruplaşmalarının aktivliyi ilə diqqət çəkdiyi məkan kimi gündəmə gəlib və bu şəhərdə hüquq-mühafizə orqanları dəfələrlə səs-küylü həbslərə imza atıb(moderator.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600