Azərbaycanlı məşhur Rusiyada vəfat etdi – FOTO

Azərbaycanlı rəssam Abbas Kazımov Rusiyada dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, rəssam Moskva şəhərində koronavirusdan vəfat edib.

Qeyd edək ki, Abbas Kazımov 1956-cı il yanvarın 1-də Bakıda anadan olub. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2011-ci ildən Rusiya Rəssamlıq Akademiyasının, UNESCO nəzdində Beynəlxalq Rəssamlar Federasiyasının üzvlü olub. Rəngkarlıqda “xalça üslubu”nun yaradıcısı sayılan Abbas Kazımovun əsərləri Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Avropa ölkələri, ABŞ və digər ölkələrdə təqdim olunub.

Cəvahir