Milli Məclisin deputatı Yevda Abramov dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, bu barədə millət vəkilinin yaxınları məlumat verib.
Xatırladaq ki, millət vəkili bir müddət öncə xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu.
Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini idi. O, uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib və pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. 6 noyabr 2005-ci ildə 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmişdi. Milliyətcə yəhudi idi. 11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Sasunoviç Abramov “Şöhrət” ordeni ilə təltif edilib.
Ailəli idi, 4 övladı var.
Allah rəhmət eləsin!
www.yenicag.az