!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı milyarderin başı dərddə

!Reklam – Yazi

Azərbaycanlı milyarder Vahid Ələkbərovun səhmləri əlindən alına bilər.

Yenicag.az OilGas.az saytına istinadən xəbər verir ki, buna səbəb “Otkrıtie” maliyyə korperasiyasının düşdüyü böhrandır.

Artıq Rusiya Mərkəzi Bankı hüquq-mühafizə orqanlarının köməyi ilə prosesi həyata keçirməyə hazırlaşır.

Yayılan məlumata görə, Rusiya Mərkəzi Bankı ölkənin bank sektorunun sağlamlaşdırılması tədbirləri çərçivəsində “Otkrıtie” maliyyə korporasiyasında müvəqqəti idarəçilik tətbiq edib.

Buna görə də rəhbərliyin qarşısında nizamnamə kapitalında çatışmayan 300 milyard rublu (5 milyard dollar) tapmaq tələbi qoyub. Lakin bankın təsisçisi Vadim Belyayev Rusiyanı tərk edib və geri qayıtmağı düşünmür. Nəticədə dövlət orqanları bankın çatışmayan kapitalına görə onun səhmdarlarının aktivlərini müsadirə etməyi qərara alıb.

Vahid Ələkbərovla yanaşı onun şəriki Leonid Fedun da bankın səhmdarları arasındadır. Prosesin yekununda “Lukoil” şirkətindəki səhmlərinin bir hissəsinin Ələkbərovun əlindən alınması gözlənilir.

COP29

www.yenicag.az

2543
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv