Azərbaycanlı QHT sədri: “PKK təmayüllü bir partiya parlamentə düşürsə, bu qürur mənbəyidir”

media-hightechnic-468x90

HDPnin-Planı-Neİsmayıl Ağayev: “Kürdlərin barajı aşaraq, həddən artıq səs alması narahatedici məqamdır”

Bildiyimiz kimi, Türkiyədə keçirilən parlament seçkilərində kürdlərin çoxluq təşkil etdiyi Xalqların Demokratik Partiyası (HDP) 12 faizə yaxın səsə sahib olaraq, parlamentdə 80 mandata yiyələnə biliblər. Görəsən, kökü PKK terror təşkilatından qaynaqlanan belə bir partiyanın parlamentdə xeyli yer əldə etməsi Türkiyə üçün gələcəkdə hansı olayların baş verməsinə gətirib çıxara bilər?

ismayil agayevBeynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev kürdlərin barajı aşmasını narahatedici məqam kimi dəyərləndirdi: “Ümumiyyətlə son dövrlər Türkiyədə baş verən proseslər bütün dünyadakı diaspora təşkilatlarımızı və azərbaycanlıları narahat edir.  Türkiyədə ictimai-siyasi məsələlərdə o ölkənin vətəndaşı olan azərbaycanlılar çox aktivdir. Bu gün ölkədə seçki yolu ilə əldə olunan nəticələr göz qabağındadır. Kürdlər barajı aşaraq MHP əldə etdiyi hədəfə yaxın bir səsə sahib oldular. Bu isə olduqca qorxulu bir məsələdir. Yaxın dost, qardaş ölkə, bir millət, iki dövlət olaraq Türkiyə daxilində baş verən bu məqamlar hara getməsi və necə olacağı baxımından bizi çox narahat edir”.

zəlimxan məmmədli zelimxanLakin “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli heç də belə düşünmür. O bildirdi ki, kimə səs verməsindən asılı olmayaraq, Türkiyə xalqının səsinə, demokratiyanın üstünlüyünə sayıqlı olmalıyıq: “Demokratiya insana asılı olmadan azad seçim hüququ verirsə, bu gözəl bir cəmiyyətdir. Türkiyədə əsasən kürdlərdən ibarət partiyanın çox səs alaraq parlamentdə  geniş yer almasını hər halda demokratiyanın adına yazıram. Təbii ki, HDP-nin fəaliyyəti daha çox terror və qanla bağlıdır. Amma bu partiyanın terror və qandan uzaqlaşması üçün Türkiyə cəmiyyəti çox işləməlidir. Çox işləməlidir ki, əsasən etnik kürd tərkibindən ibarət olan bu partiyanın Türkiyənin gələcək taleyinə mənfi təsirləri olmasın. Lakin tarixində, yaranışında o element varsa, o nə zamansa bir də cücərə bilər. Bu türk dünyası və Türkiyə xalqından birbaşa asılı məsələdir ki, onun yenidən hərb müstəvisinə qayıtması imkanları əlindən tamamilə alınmalıdır.  Seçki həm də Türkiyənin türk və İslam aləmi üçün ciddi örnək olduğunu göstərdi. Cəmiyyət yetkindir, öz yolunu özü müəyyən edə bilir. Bizim üçün çox parodoksal və ağır görünən PKK təmayüllü bir partiya parlamentə düşürsə, bu da qürur mənbəyidir ki, türk milləti bir daha tarixən ucalığını göstərdi. Bu ucalığı dəyərləndirmək, Türkiyənin bölünməsinə addım atmadan getmək məsuliyyəti də həmin partiyanın üzərinə düşür, O bu yoldan sapmamalıdır”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600