Azərbaycanlı tarzən rəhbər təyin edildi

media-hightechnic-468x90

6b0f453c84a0b5a41250abda8283d79bMəşhur azərbaycanlı tarzən Abdulla Qurbani Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Ankara Türk dünyası sənət topluluğunun rəhbəri təyin edilib.

Bu barədə APA-ya məlumatı Abdulla Qurbani özü verib. Yeni təyinatı ilə bağlı  açıqlama verən Abdulla Qurbani deyib: ”Bu yüksək vəzifə mənim çiyinlərimə daha böyük məsuliyyət qoyur. İndiyə qədər fəaliyyətimdə 40 illik sənət təcrübəmi Türkiyənin sənətsevərləri ilə bölüşmək üçün əlimdən gələn hər şeyi etmişəm. Bundan sonra Türk dünyasının zəngin musiqi irsinin Türkiyədə daha yaxşı tanıdılması üçün çalışacam. İndiyə qədər olduğu kimi, bundan sonra Azərbaycanın zəngin mədəniyyət irsi fəaliyyətimizdə lokomotiv rolunu oynayacaq”.

Qeyd edək ki, 1954-cü ildə Tehranda anadan olan Abdulla Qurbaninin ailəsi Bakıya köçüb. Asəf Zeynallı adına musiqi məktəbinin tar sinfini bitirən Abdulla Qurbani daha sonra Üzeyir Hacıbəyov adına Azərbaycan dövlət konservatoriyasından məzun olub. Gənc yaşlarında İslam Rzayevin yaratdığı instrumental ansamblın bədii rəhbəri təyin edilən Abdulla Qurbani, ailəsi ilə birlikdə 1982-ci ildə İrana qayıdıb. Daha sonra bir müddət Almaniyada yaşayan Abdulla Qurbani 1988-ci ildən bəri Türkiyə Mədəniyyət və Turizm Nazirliyində çalışır.

apa.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600