!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı tələbələri həbs etdirmək istəyən professorun ermənipərəstliyi təsdiqləndi – FOTOFAKT

!Reklam – Yazi

yenicag.az_dauBir müddət öncə azərbaycanlı tələbələri həbs etdirmək istəyən kiprli professorun ermənipərəst olduğu təsdiqləndi. Yenicag.az xəbər verir ki, ötən il Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Gazimağusa rayonunda Rauf Raif Denktaş adını daşıyan Mədəniyyət və Konqres mərkəzində səhnəyə qoyulan “Acı, şirin eşq” adlı teatr tamaşasında erməni yazıçı-aktyor Aret Vartanyanın iştirakına etiraz edərək, teatrda Azərbaycan bayrağı açan tələbələr həbs təhlükəsi ilə üz-üzə qalmışdılar. Onların ağır şəkildə cəzalandırılmasını istəyənlərin başında isə Doğu Ağdəniz Universitetinin Beynəlxalq Əlaqələr bölümünün əməkdaşı, professor Ahmet Sözen idi.

13412940_10153545419370009_5480515286831884944_nŞimali Kiprdəki “yunan dostları”ndan biri olan A.Sözen azərbaycanlı tələbələrə qarşı bundan öncə də mənfi münasibəti ilə tanınırdı. Dəfələrlə azərbaycanlı tələbələrlə problem yaşayan Ahmet Sözenin bu düşmənçiliyinin erməni sevdalısı olmasından qaynaqlandığı üzə çıxdı. Belə ki, DAU professoru bir az öncə öz sosial şəbəkədəki profilindən İrəvana getdiyini sevinclə paylaşıb. Ermənistanın paytaxtına bir seminara qatılmaq üçün gedən A.Sözen bu səfəri yunan Kiprindən gerçəkləşdirib.

 

Murad/Yenicag.az

COP29

www.yenicag.az

855
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv