Azərbaycanlı yazar türk saytlarını ittiham etdi
Köşə yazarı Seymur Süleymanov nüfuzlu türk saytlarının birində iddialı yazı ilə çıxış edib.
Yenicag.az “Azadinform”a istinadən xəbər verir ki,, S.Süleymanov yazısında bir neçə gün bundan əvvəl həbs olunan Xədicə İsmayılovanı “günahsız kimi qələmə verən və onun azadlığını tələb edən” türk saytlarını ittiham edib.
Müəllif yazısında bildirib ki, həmin saytların çoxu Qərbin əmri və istəkləri üzərinə hərəkət edirlər və çoxu da Xədicə İsmayılova ilə birgə Avrodan müxtəlif dairələrindən alınan qrantların şərikləri kimi tanınırlar.
S.Süleymanovun yazısına bu linkə (http://www.habererk.com/haber/11688/turk-medyasi-neden-hatice-yi-bu-kadar-savunuyor) daxil olmaqla baxmaq mümkkündür.