Azərbaycanlı yazıçının romanı özbək dilinə tərcümə edilib

media-hightechnic-468x90

yunus_oquz_5554785526Yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun “Şah arvadı və cadugər” romanı özbək dilinə tərcümə edilib.

Əsəri orijinaldan özbək dilinə şair və tərcüməçi Usman Kuçkar çevirib. Tərcüməçi bildirib ki, əsər artıq nəşriyyata təqdim olunub.

Bundan əvvəl Yunus Oğuzun “Əmir Teymur dünyanın hakimi” və “Əmir Teymur zirvəyə doğru” əsərləri Daşkənddə bir kitab halında Usman Kuçkarın tərcüməsində “Əmir Teymur” adı ilə özbək dilində çap edilib.

İndiyədək Yunus Oğuzun “Atilla” pyesi, “Nadir şah”, “Təhmasib şah” və “Qədim türklər və rasionallıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Türkün tarixinə yeni baxış”, “Qədim Anadolu və Azərbaycan türkləri” və digər kitabları işıq üzü görüb. 2010-cu ildə “Nadir şah”, “Təhmasib şah”, “Atilla” və “Qədim türklər və rasionallıq nəzəriyyəsi” kitabları Türkiyədə böyük tirajla nəşr olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600