!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“AzerGold” QSC-nin yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

!Reklam – Yazi

Yanvarın 10-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ümumi dəyəri 20 milyon ABŞ dolları olan AZ2003019877 İSİN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dən Yenicag.az-a verilən məlumata görə, yanvarın 29-da QSC-nin ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi BFB-da rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. İstiqrazların baza emissiya prospekti və birinci buraxılış üzrə yekun şərtlərini

BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı”  bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Nominal dəyəri İllik faiz dərəcəsi Hərrac tarixi Tədavül müddəti Kupon faizlərinin ödəniş müddəti
AZ2003019877 Faizli təmin edilməmiş sənədsiz adlı 200 000

(ədəd)

100 ABŞ dolları 6% 29.01.2024 3 il 90 təqvim günündən bir

Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İŞ” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” bölməsində yerləşdirilib.

COP29

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv