“Azəriqaz”ın ixtisarla bağlı açıqlaması
“Azəriqaz” İstehsalat Birliyinin yerli idarələrində işçilərdən ailə vəziyyəti haqqında arayış tələb olunub.
Ailədə olan fərdlərdən biri çalışmırsa, onun yaşadığı yerdən arayış alması istənilib. Bu isə işçilər arasında belə bir fikir formalaşdırıb ki, yaxın vaxtlarda qurumda ixtisarlar olacaq və bu səbəbdən də işçilərin ailə vəziyyəti öyrənilir. Həyat yoldaşı işləməyən və iki uşağı olanlar üçün güzəştlərin olacağı verilən informasiyalar içərisindədir.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev açıqlamasında qeyd edib ki, “SAP” proqramına əsasən, işçilər barədə məlumatlar hər il yenilənir: “Bütün işçilərə anket paylanır və onların ailə vəziyyəti haqqında bütün məlumatlar orada öz əksini tapır”.
Birlik rəsmisi vurğulayıb ki, bunun baş verə biləcək hər hansı ixtisarla əlaqəsi yoxdur: “Azəriqaz”da ixtisarlar gözlənilmir. İxtisarlar planlaşdırılanda işçilərə əvvəlcədən bildirişlər paylanır. Hazırda isə belə vəziyyə yoxdur”.
(modern.az)