!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

!Reklam – Yazi

Bir sıra regionlarda başlayan güclü külək səbəbindən “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Yenicag.az xəbər verir ki, hazırda önləmə tədbirləri iki regionda olan 10-a yaxın rayon və qəsəbəni əhatə edir.

Məlumata görə, hazırda “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə daxil olan Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının, “Şimal” RETSİ-yə daxil olan Xaçmaz, Siyəzən və Şabran rayonlarının və Yalama qəsəbəsinin ərazisində güclü külək müşahidə edilir.

“Baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür. Hazırda ölkənin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur”, – deyə məlumatda bildirilir.

“Azərişıq” abunəçilərdən xahiş edir ki, yaranan hər hansı çətinliklə bağlı 24 saat fəaliyyət 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

COP29

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv