“Azərişıq” “İlahiyyat” məscidinin işıqlarını söndürdü – Cümə saatında
“İlahiyyat” məscidi işıqsız qalıb. Belə ki, cümə namazına gələn dindarlar “sürpriz”lə qarşılaşıblar.
Yenicag.az xəbər verir ki, “Azərişıq” profilaktik tədbir adı altında məhz cümə saatında məscidin işığını söndürüb.
Minlərlə müsəlmanın toplaşdığı bir vaxtda işıqların söndürülməsi dindarların haqlı narazılığına səbəb olub.
Hamı sual verir: profilaktik tədbir üçün niyə məhz cümə günü seçilib? “Azərişıq” üçün profilaktik işlər görməyə başqa gün yox idi?
Məsələ burasındadır ki, işıq məhz cümə saatında məscidə daha çox lazımdır. Minlərlə insanın namaz qılması üçün mikrofonun işləməsi şərtdir. Hazırda məscid rəhbərliyi yaranmış vəziyyətdən çıxış yolu axtarır.
Yenicag.az













