!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərişıq"ın qaranlıq tenderləri - "Gatdigital" kimə məxsudur?

!Reklam – Yazi

Dövlət elektrik paylayıcı şirkəti “Azərişıq” avtomobil şinləri almaq üçün “Gatdigital”la 2 milyon 362 min manatlıq müqavilə imzalayıb.

Yenicag.az xəbər verir ki, bu, tərəflər arasında bağlanılan ilk müqavilə deyil.

Məsələ burasındadır ki, “Azərişıq” daha öncə də bir neçə dəfə “Gatdigital”ı tender qalibi elan edib.

Ötən il noyabrın 27-də “Azərişıq” elektrik malı almaq üçün “Gatdigital” şirkəti ilə 9 milyon 575,2 min manat (təxminən 5,7 milyon ABŞ dolları) məbləğində müqavilə imzalayıb.

Dövlət satınalmaları reyestrinə əsasən, ötən il iyulun 26-dan noyabrın 27-dək tərəflər elektrik mallarının tədarükü üzrə 29 milyon 448,3 min manat və ya 17,3 milyon dollar məbləğində üç müqavilə imzalayıblar.

Yəni, “Azərişıq” elektrik malı almaq üçün də “Gatdigital”ı tender qalibi edir, avtomobil şinləri əldə etmək üçün də.

Məsələ ilə bağlı Yenicag.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, bu şirkətin ciddi şəkildə araşdırılmasına ehtiyac var:

“Əslində, o şirkətin özünü araşdırmaq lazımdır. Çox güman ki, “Gatdigital” arabulucu şirkətdir. Hardansa məhsulu alıb “Azərişıq”a satır. Bu, çox böyük yayılmış mexanizmdir. Tenderin qaydalarına görə, dövlət qurumu ən azından eyni sahədə 3 ildən çox təcrübəsi olan şirkətlərlə müqavilə bağlamalıdır. Əgər eyni şirkət müxtəlif növ xidmətlər göstərirsə, burada çox ciddi suallar yaranır. Ortada çox ciddi gəlir əldə edilir. Bu şirkətin çox ciddi şəkildə araşdırılmasına ehtiyac var. Sonradan “Gatdigital”ın elə “Azərişıq”ın rəhbərliyinə və yaxud da hansısa məmura məxsus olması üzə çıxsa, bu heç də təəccüblü olmaz”.

Qeyd edək ki, “Gatdigital” MMC ilə bağlı internetdə olan məlumatlar yox dərəcəsindədir. Bu şirkətin nə rəsmi saytı, nə də sosial şəbəkədə hesabı var. Şirkətin ünvanı, harada fəaliyyət göstərməsi, əlaqə nömrələri belə yoxdur.

Emin Səfərov

COP29

www.yenicag.az

2036
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv