“Azərpoçt”un daha bir şöbəsindən oğurluq edilib

media-hightechnic-468x90

7308_bd6e3cnv1x“Azərpoçt”un Zaqatala rayon filialının kənd şöbəsindən oğurluq edilib.

Fevralın 16-dan 17-nə keçən gecə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC-nin Zaqatala rayon filialının Muxax kənd şöbəsinin seyfi oğurlanıb.

Hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsindən verilən məlumata görə, naməlum şəxs və ya şəxslər poçt binasının pəncərəsinin dəmir barmaqlıqlarını çıxararaq binaya daxil olublar. Daha sonra onlar poçtun seyfini götürüb, binanın giriş qapısını dağıdaraq hadisə yerini tərk ediblər.

Verilən məlumata görə, poçtun seyfində pul vəsaiti və sənədlər olmayıb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi açılıb. Poçt binasından oğurluq edən şəxs və ya şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, oxşar hadisə ötən il martın 23-dən 24-ə keçən gecə “Azərpoçt” MMC-nin Zaqatala rayon filialının Aşağı Tala kənd şöbəsində də baş verib. İçərisində 1000 manata yaxın pul olan seyfi oğurlayan şəxs və yaxud şəxslər bu günə kimi tutularaq istintaqa təhvil verilməyiblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600