“Azerros”un prezidenti istefa verib

media-hightechnic-468x90

86345“Azerros” prezidenti Asif Məhərrəmov vəzifəsindən istefa verib.
Bu barədə “Azerros” Federal Milli Mədəni Muxtariyyətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, dekabrın 26-da “Azerros” Federal Şurasının sədri Mehriban Sadıqovanın adına qurumun prezidenti Asif Məhərrəmov adından ərizə daxil olub. O, ərizəsində sağlamlığı ilə əlaqədar prezident vəzifəsindən istefa verdiyini yazıb. A. Məhərrəmovun istefası qəbul olunub. Bununla əlaqədar 2015-ci il yanvarın 15-dən gec olmayaraq “Azerros” Federal Milli Mədəni Muxtariyyətinin Federal Şurasının iclasının keçirilməsi planlaşdırılır. (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600