“Azərsu” ASC Qurban bayramı ilə əlaqədar olaraq qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Yenicag.az quruma istinadən xəbər verir ki, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları 24 saat əhalinin xidmətində olacaq. Həmçinin, istehlakçılardan xahiş olunur, su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.
Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.
www.yenicag.az