“Azpetrol”un maşını jurnalistin avtomobilini əzdi

media-hightechnic-468x90

“Bakı-Xəbər” qəzetinin əməkdaşı, Azinforum.az portalının rəhbəri Məhəmmədəli Qəriblinin idarə etdiyi avtomobili “Azpetrol”un yanacaq daşıyan yük maşını vurub.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalist öz Facebook səhifəsində məlumat verib. Onun sözlərİnə görə, günah yük maşınının sürücüsündə olub. Belə ki, şirkətin sürücüsü yol hərəkət qaydalarını kobud şəkildə pozub. Amma buna baxmayaraq, günahı jurnalistin üzərinə atmaq istəyir:

“Həmkarlardan xahiş edirəm, bu hadisəni diqqətdə saxlasınlar. İş yoldaşım Vidadi Ordahallı ilə işdən çıxıb evə gedəndə benzin doldurmaq üçün Qələbə meydanı yaxınlığındakı yanacaqdoldurma məntəqəsində növbə gözləyirdim. Dayandığımız yerdə maşınımı “Azpetrol”un şəkildə gördüyünüz maşını bu hala saldı. İndi şirkət günahı mənə yükləmək istəyir. TƏLİMATA GÖRƏ, “AZPETROL”UN MAŞININININ BURDAN ÇIXMAĞA İCAZƏSİ YOXDUR…”.

 

10421980_781554068630022_8807312802945923135_n 10954484_781554095296686_4571499279584216965_n

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600